FACT-INFO.AZ » CƏMİYYƏT » Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır
15-10-2026, 09:30 | CƏMİYYƏT
Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin ən böyük şəxsiyyətlərindən biri, yaradıcılığı əsrlər keçsə də, dünya ədəbiyyatında öz əhəmiyyətini qoruyub saxlayan şair və mütəfəkkirdir. Onun əsərləri insan, ədalət, məhəbbət və müdriklik haqqında dərin düşüncələrlə zəngindir. Onun yaradıcılığında poetik sözün gözəlliyinin fəlsəfi məzmunla vəhdət təşkil etməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

Fact-info.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, rejissor, ssenarist, eləcə də populyar ədəbi layihələrin müəllifi və təşkilatçısı İrana Qasımovanın Azərtac-a verdiyi müsahibəsində bildirib.

O, beş il əvvəl Nizami Gəncəviyə həsr olunmuş və yaradıcı insanların diqqətini cəlb etmiş bir tədbir təşkil etdiyi haqda danışıb: “2021-ci ildə Azərbaycanda Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunanda və həmin il “Nizami Gəncəvi İli” elan ediləndə mən də bu əlamətdar hadisəyə öz töhfəmi vermək istədim. Beləliklə, “İrana Qasımova ilə poeziya klassikası” layihəm çərçivəsində bir ədəbi gecə təşkil etmək ideyası yarandı. Tədbir “Azərkitab” kitab mağazasında keçirildi. Çox istəyirdim ki, Nizaminin əsərləri yalnız kitab səhifələrində deyil, müasir şairlərin və poeziya həvəskarlarının ifasında da səslənsin. Həmin axşam on iştirakçı şeirlərini və məşhur poemalarından parçaları səsləndirdi”.

Onun fikrincə, əsl klassika zamanla öz aktuallığını itirmir.

“Nizaminin yaşayıb-yaratdığı dövrdən uzun əsrlər keçməsinə baxmayaraq, insan təbiəti, məhəbbət, xeyirxahlıq, ədalət və həyatın mənası haqqında düşüncələri bu gün də aktualdır. Onun poeziyası yaradıcı insanlar üçün tükənməz ilham mənbəyi, dərin düşüncənin və zəngin obrazlar aləminin nümunəsidir. Məhz buna görə layihəmdə klassik əsərlər müasir şairlərin və bədii qiraət ustadlarının ifasında səslənir. İstəyirəm ki, hər bir iştirakçı sadəcə mətni oxumaqla kifayətlənməsin, orada özünə aid, şəxsi bir məna tapsın. Axı poeziya yalnız oxunanda deyil, həm də duyulanda yaşamağa davam edir”, – deyə o qeyd edib.

Müasir Azərbaycan şairləri üçün hazırda hansı mövzuların xüsusilə aktual olduğu barədə danışan müsahibimiz “İrana Qasımova ilə Poetry Battle” layihəsini nümunə göstərib. Onun sözlərinə görə, layihə çərçivəsində indiyədək məhəbbət, Vətən, azadlıq, dostluq, zaman, fəlsəfə, təbiət, yumor və digər mövzulara müraciət olunub.

“Hər dəfə şairlərin eyni mövzuya fərqli yanaşdıqlarını izləmək maraqlı olur. Formatımızın özəlliyi də bundadır. İştirakçılar təkcə şeir oxumurlar, həm də ustalıq, düşüncənin orijinallığı və öz baxışlarını dinləyiciyə çatdırmaq bacarığı baxımından yarışırlar.

Məsələn, bu yaxınlarda növbəti poeziya dueli keçirildi və onun mövzusu “Güc” idi. Hər bir müəllifin bu anlayışı necə şərh etdiyini izləmək xüsusilə maraqlı idi. Axı güc yalnız fiziki qüvvə və ya maneələri aşmaq bacarığı demək deyil. Bu, ruhun, sözün, məhəbbətin, xarakterin gücü, qadının gücü, incəsənətin qüdrəti və ya çətin şəraitdə insan olaraq qalmaq bacarığı da ola bilər. İştirakçılar mövzuya daha dərindən yanaşaraq, ilk baxışdan sadə görünən bir anlayışın nə qədər çoxşaxəli olduğunu göstərdilər. Poeziya duelinin qalibi şairə Leyla Qurbanova oldu.

Məncə, belə yaradıcılıq yarışları şairlərə vərdiş etdikləri çərçivələrdən kənara çıxmağa və öz istedadlarının yeni tərəflərini kəşf etməyə kömək edir”, – deyə İ.Qasımova əlavə edib.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30