FACT-INFO.AZ » SİYASƏT » Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub
15-10-2026, 09:00 | SİYASƏT
Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunda (IRIS) Azərbaycanın Fransadakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizin geostrateji mövqeyinə və regional roluna həsr olunmuş konfrans-müzakirə keçirilib.

Fact-info.az xəbər verir ki, IRIS-nin elmi məsləhətçisi, Yaxın Şərq və Şimali Afrika proqramının rəhbəri Didye Billionun moderatorluğu ilə keçirilən tədbirdə Fransanın və Azərbaycanın aparıcı ekspertləri iştirak ediblər. Konfransda IRIS-nin elmi tədqiqatlar üzrə direktoru, Fransanın Rusiyadakı keçmiş səfiri Jan de Qlinyasti, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktor müavini Murad Muradov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Sultan Zahidov, CERI – Sciences Po elmi-tədqiqat mərkəzinin tədqiqatçısı, Fransanın İstanbulda yerləşən Anadolu Araşdırmaları İnstitutunun keçmiş direktoru Bayram Balci çıxış ediblər.

Müzakirələr zamanı Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkənin inkişafına yönəlmiş uzaqgörən siyasəti diqqətə çatdırılıb. Ekspertlər Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolunu, ölkəmizin Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, eləcə də Asiya və Yaxın Şərq dövlətlərinin maraqlarının kəsişdiyi məkandakı strateji əhəmiyyətini təhlil ediblər.

Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Transxəzər nəqliyyat dəhlizinin – Orta Dəhlizin ticarət və logistika imkanları da müzakirə olunub. TRIPP layihəsinin əhəmiyyətinə toxunan iştirakçılar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərini, 2025-ci ildə iki ölkə arasında paraflanmış çərçivə sazişini, habelə Azərbaycanın Avropa İttifaqı və Fransa ilə əlaqələrini nəzərdən keçiriblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Suallar əsasən Azərbaycanın Asiya ölkələri, eləcə də İsraillə ikitərəfli münasibətlərinə aid olub. Fransız və ingilis dillərinə sinxron tərcümə ilə keçirilən hibrid konfransda təşkilatçıların məlumatına görə, 300-ə yaxın tədqiqatçı, doktorant, tarixçi iştirak edib. Onlardan 138-i tədbirə distant şəkildə qoşulub.

 




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30