FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb
Dünən, 09:00 | MƏDƏNİYYƏT
“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun (Yurdoğlu) müəllifi olduğu “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiyası çap olunub. 

Fact-info.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan 304 səhifəlik nəşrin elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri Leyla Məmmədova, rəyçiləri filologiya elmləri doktoru Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədovadır.   

 “Naxçıvan folklorunun tədqiqi və qarşılıqlı əlaqələri”, “Yazıçı və folklor əlaqələri” və “Naxçıvanlı müəlliflərin əsərlərində folklor janr, mövzu və motivləri” adlı üç fəsildən ibarət olan kitabın birinci fəslində Məhəmmədhüseyn Təhmasibin dastanşünaslıqda rolu, Ərtoğrol Cavidin xalq yaradıcılığına sevgisi, Naxçıvan bayatılarında dağ motivi və sevgi iztirabları, “Köçəri” yallısı, eləcə də Naxçıvan bayatılarının İqdır, Kərkük və Balkan türklərinin bayatıları ilə müqayisəli təhlili yer alır. İkinci fəsildə Hüseyn Cavid, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Aşıq Nabat, Məmməd Araz, İslam Səfərli, Adil Babayev və Hüseyn Razi kimi görkəmli ustadların yaradıcılığında folklor motivləri və xalq lirikasının təzahürü araşdırılır. Son fəsildə isə mifin şeirə təsiri, xalq oyun və tamaşalarının poetik ifadəsi, epik folklor nümunələrindən gələn mövzu, motiv və obrazların şeirdə bədii əksi, xalq lirikası və yazılı şeir əlaqələri təhlil olunur.   

Qeyd edək ki, 20 ildir, folklorşünaslıq sahəsində tədqiqatlar aparan, 100-ə yaxın elmi məqalənin, həmçinin 5 monoqrafiyanın müəllifi olan filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun bu yeni kitabı Naxçıvan ədəbi mühitini və folklorunu öyrənən tədqiqatçılar üçün dəyərli mənbədir.




Baxış sayı: 80
Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb Dünən, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür Dünən, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 Dünən, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib Dünən, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb Dünən, 18:00 Baku Declaration adopted Dünən, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır Dünən, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub Dünən, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb Dünən, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb Dünən, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30 Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var 13-10-2026, 18:30 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib 13-10-2026, 18:00 Qazaxıstan ərazisindən tranzit yükdaşımalarının həcmi 13 faizdən çox artıb 13-10-2026, 16:30 Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb 13-10-2026, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir 13-10-2026, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır 13-10-2026, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb 13-10-2026, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır 12-10-2026, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib 12-10-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031