Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının (AES) təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (təxminən 22,5 milyon dollar) vəsait ayırıb.
Fact-info.az xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Rəsmi bəyanatda bildirilir ki, ayrılan bu maliyyə dəstəyi Çernobıl AES-in qoruyucu strukturunun bağlanması və ventilyasiya sisteminin bərpası, həmçinin stansiyanın istismar müddətinin uzadılması üçün vacib olan təmir işlərinə yönəldiləcək.
Qeyd olunub ki, obyektdə korroziyanın qarşısının alınması üçün təmir işlərinin aparılması qaçılmazdır. Əks təqdirdə, mövcud vəziyyət "onilliklər boyu qoyulmuş beynəlxalq investisiyaları alt-üst edə" və ciddi uzunmüddətli ekoloji risklər yarada bilər.
Baxış sayı: 80
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
