Kəlağayı Azərbaycan xalqının milli kimliyini, zərifliyini və əsrlərdən süzülüb gələn sənətkarlıq ənənələrini özündə birləşdirən mənəvi sərvətimizdir. İpəyin zərifliyində, naxışların ahəngində, rənglərin harmoniyasında yaşanan bu sənət xalqımızın mədəni yaddaşının ayrılmaz hissəsidir.
Milli irsimizin qorunması və təbliği üçün bu dəyərləri yaşatmalı, gündəlik həyatımızın bir parçasına çevirməli və gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü xalqımızın qədim ənənələrinin yaşadılması və müasir cəmiyyətdə təbliği baxımından diqqətçəkən təşəbbüs olub.
Milli geyimlərdə olan qadınların kəlağayılarla yürüşdə iştirakı Azərbaycan ənənələrinin canlı nümayişinə çevrilib. Müxtəlif rəng və naxışlarla seçilən kəlağayıların nümayişi milli geyim mədəniyyətimizin zənginliyini, xalq sənətimizin özünəməxsusluğunu və ənənələrimizin bu gün də yaşadıldığını əks etdirib. Yürüş zamanı şəhər sakinləri ilə yanaşı, xarici turistlər də bu mənzərəyə maraq göstəriblər. Azərbaycan milli geyimlərini və kəlağayıları maraqla izləyən turistlər iştirakçılara yaxınlaşaraq bu ənənənin tarixi və əhəmiyyəti haqqında məlumat alıb, xatirə şəkilləri çəkdiriblər. Onlar milli geyimlərimizin və kəlağayıların gözəlliyini, rəngarəngliyini və özünəməxsusluğunu xüsusi vurğulayıblar.
Baxış sayı: 115
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
