ABŞ Ukraynaya yardım göstərməyə və bu ölkəilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir.
Bu fikirləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlatını paylaşmağı dayandırmayıb. Biz onlara kömək edirik və kəşfiyyat məlumatlarını paylaşırıq. Müharibənin başa çatmasını istəyirik. Buna görə də həm Ukrayna, həm də Rusiya ilə müharibəyə son qoymaq istiqamətində işləyirik”, – deyə Tramp əlavə edib.
ABŞ Prezidenti Rusiya və Ukraynanın müharibəni bitirmək istədiyini, lakin buna necə nail olacaqlarını bilmədiklərini qeyd edib.
“Həyatım boyu razılaşmalar əldə etməklə məşğul olmuşam. Hər iki tərəf müharibənin bitməsini istəyir, lakin buna necə nail olacaqlarını bilmirlər. Onların arasında böyük nifrət var. Hər ikisi müharibəni bitirmək istəyir, amma bunun yolunu tapa bilmir. Biz onların buna nail olmasını təmin edəcəyik”, – deyə Tramp vurğulayıb.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
