Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.
Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.
Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsi və dəniz təhlükəsizliyi sahəsində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Beynəlxalq simpoziumda iştirak və keçirilən ikitərəfli görüşlər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin beynəlxalq əlaqələrinin inkişafı, tərəfdaş ölkələrin hərbi dəniz qüvvələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
