Qəlbimdən süzülən söz payım millət,
Vətəni, torpağı sevənlərindi.
Döyünən ürəyim, göz payım qardaş,
Qeyrəti, --Bayrağı öyənlərindi.
...........................................................
Od-alov içində barıt qoxuyan,
Əsgərə qurbandır nəfəsim, canım,
Özünü ölümə, oda toxuyan,
Övlada halaldır saf, təmiz qanım.
..................................................................
Düsmənə mərdliklə sinə gərdiniz,
Ulu yurdumuzun qəhrəmanları,
Azadlıq uğrunda hərbə girdiniz,
Qırdınız o xain mən baxanları.
.................................................................
İnamla vuruşduq, Zəfər bizimdir,
Siz ey xalqımızın mərd oğulları,
Qələbə müjdəli səhər bizimdir,
Qovduq yurdumuzdan o çugulları.
.....................................................................
Siz ey Vətənimin xilaskarlari,
Adınız şərəflə anılır hər an,
Məhv olsun nəfskar qəsbkarları,
Yaşayaq müstəqil, azad, firavan!
....................................................................
Müstəqil dövlətim,--şərəfim, adım,
Qanla yazilmişdir, Azadlıq sözü,
İnamım, ümidim, arzum, muradım...
Sənsən duyan qəlbim,bəsirət gözüm.
.....................................................................
18 Oktyabr--Tarixi bir gün,
Yaşasın müstəqil Azərbaycanım,
Üç rəngli bayrağım bərq vurur hər gün,
Diqqətlə döyünür bədəndə canım...
..................................................................
Zəfərlə, sülh ilə yaşasın ölkəm ,
Boylansın dünyaya məğrur baxışla,
Ayağım altında sürunsün kölgəm,
Qoy adım səslənsin Fəxri alqışla !
Ayaqda qal, Milli Ordum,--Hünərim,
Ana Yurdum, Sən ey nurlu səhərim !
Ağatahir Cəbirli
"Qızıl Qələm" media mükafatı laureatı, şair, publisist
Baxış sayı: 200
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
