Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, mətnşünas, tərcüməçi, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Səlcuq Universitetinin fəxri doktoru, Türk Dil qurumunun müxbir üzvü Abbas Zamanovun anadan olmasının 115 illiyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, alimin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məlumat bazası onun zəngin elmi irsinin, ədəbiyyatşünaslıq sahəsində xidmətlərinin və elmə verdiyi töhfələrin geniş oxucu auditoriyasına çatdırılması məqsədilə hazırlanıb.
Elektron məlumat bazasında Abbas Zamanovun həyat və yaradıcılıq yolu, elmi fəaliyyəti, pedaqoji xidmətləri, ədəbi əlaqələrin inkişafındakı rolu və zəngin irsi haqqında ətraflı məlumatlar toplanıb. Elektron resursda rəsmi sənədlər, alimin təltifləri, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitabları, ədəbi tənqidi və publisistik məqalələri, redaktə və tərtib etdiyi nəşrlər, tərcümələri, xarici ölkələrdə nəşr olunan əsərləri, onun haqqında qələmə alınmış kitab və məqalələr, dissertasiya və avtoreferatlar öz əksini tapır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada akademik Bəkir Nəbiyevin “Elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş”, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Unudulmaz alimin Cavidşünaslıq fəaliyyəti”, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Bəxtiyar Hüseynovun “Vətən fədaisi və haqqın döyüşən əsgəri” kimi məqalələrin tam mətni də təqdim edilir. Bununla yanaşı elektron resursda Abbas Zamanovun elmi kadrların hazırlanmasındakı rolu, xatirəsinin əbədiləşdirilməsi, kino ssenariləri, filmoqrafiyası, video və foto qalereyası, kitablarından ibarət virtual sərgisi də istifadəçilərə nümayiş olunur.
Professor Abbas Zamanovun 115 illik yubileyinə həsr olunan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
