Oktyabrın 12-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir.
Görüşdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
İkinci görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il avqustun 20-də Qırğızıstanın Bişkek şəhərində baş tutub. Görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini bir daha təsdiq edib, bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Birgə Bəyannamədə TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilib.
Baxış sayı: 75
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
