Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı altında keçirilən Türk dünyası gənclərinin birinci görüşü rəngarəng anlarla yadda qalıb.
Tədbir iştirakçıları gəmi ilə gəzintiyə çıxıb, Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən gənclərin təlim və istirahəti üçün yaradılan Aytepe Diriliş Düşərgəsində yarışlar keçirib, tonqal ətrafında toplanıb, müxtəlif mədəni tədbirlərlə həmrəylik nümayiş etdiriblər.
Üç gün ərzində görüşün təşkil edildiyi məkanda türkdilli xalqların, o cümlədən Azərbaycanın milli geyimləri və mətbəx nümunələri iştirakçılara təqdim edilib.
Türk dünyasının müxtəlif bölgələrindən alimlərin, səfirlərin, media nümayəndələrinin və 400-dən çox universitet tələbəsinin iştirak etdiyi görüşün əsas məqsədi ortaq tarix, dil, mədəniyyət və sivilizasiya irsinin qorunması, türk dövlətləri və qohum xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də ortaq gələcəyin formalaşdırılmasında gənclərin rolunun artırılması olub.
Xatırladaq ki, tədbir Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil edilib.
Baxış sayı: 95
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
