Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir.
Bu barədə Fact-info.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ, Şamaxı və Şəki turu təşkil edilib.
Ekskursiya zamanı uşaqlar Qəbələdə Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şamaxıda Alpaka fermasını və Şəkidə Xan Sarayını ziyarət ediblər. Onlar Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olublar.
Həmçinin uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı "DOST Evi" filialını ziyarət edərək burada müxtəlif master-klaslara qatılıblar.
Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
