Təsdiq edilmiş müayinə cədvəlinə əsasən uşaqların icbari dispanserizasiyası aparılır, ehtiyac yarandıqda müvafiq həkim-mütəxəssisə əlavə müayinə və müalicə üçün göndəriş verilir, Milli Peyvənd Təqviminə uyğun immunizasiya tədbirləri həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, uşaq və yeniyetmələrin sağlam qidalanması, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma ilə bağlı məsləhətlər verilir, əhali arasında sağlam həyat tərzinin təşviqinə yönəlmiş sanitar maarifləndirmə işi aparılır.
"İcbari tibbi sığortanın ilkin səhiyyə xidmətlərinin mühüm istiqamətlərindən biri də uşaqların sağlamlığının qorunması və xəstəliklərin profilaktikasıdır. Bununla yanaşı, uşaqların ağız boşluğu sağlamlığının mütəmadi müayinəsi, ağız boşluğuna qulluq və sanitar-gigiyenik vərdişlərin öyrədilməsi həyata keçirilir. Zəruri hallarda qan, sidik, və digər müayinələr üçün nümunələr götürülərək laborator müayinələrə yönləndirilir.
Uşaqların sağlamlığının qorunması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılması ilə yanaşı, profilaktik tibbi müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır. İcbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətləri bu istiqamətdə mühüm dəstəkdir" ,- məlumatda qeyd edilib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
