Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas-alim, pedaqoq Mir Cəlal Paşayevin zəngin elmi-ədəbi irsinə həsr olunan təqdimat hazırlanıb.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanan təqdimatın elmi məsləhətçisi akademik Nizami Cəfərovdur.
Görkəmli ədibin irsinin müasir təqdimat üsulları ilə daha geniş auditoriyaya çatdırılması məqsədilə süni intellekt vasitəsilə hazırlanan material Mir Cəlal Paşayevin həyat və yaradıcılıq yolunu, alim, yazıçı və pedaqoq kimi fəaliyyətini sistemli şəkildə nümayiş etdirib.
Materialda Mir Cəlal Paşayevin mənalı həyat yolu ilə yanaşı bədii, elmi, pedaqoji fəaliyyətinin əsas mərhələləri yer alıb. Həmçinin Mir Cəlal yaradıcılığının iki əsas istiqaməti – bədii yaradıcılıq və elmi-tədqiqat fəaliyyəti paralel şəkildə təqdim edilərək, görkəmli yazıçının müəllifi olduğu roman, hekayə və novellalarında, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Təzə şəhər”, “Yolumuz hayanadır?” kimi əsərlərində XX əsr Azərbaycan cəmiyyətinin müxtəlif mənzərələrinin, insan talelərinin, müharibə və vətənpərvərlik, mənəvi dəyərlərin və insan münasibətlərinin öz əksini tapması qeyd edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyası və sonrakı illərdə hazırladığı “Füzuli sənətkarlığı” monoqrafiyasının füzulişünaslıq sahəsindəki elmi irsinin əsas nümunələrindən biri olması vurğulanıb.
Təqdimatda Mir Cəlalın uzun illər ali məktəbdə mühazirələr oxuması, kafedra müdiri kimi çalışması, tələbə və gənc tədqiqatçıların yetişdirilməsində iştirakı, Azərbaycan filologiyasının formalaşması və inkişafında müstəsna rol oynayan “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı” və “Azərbaycanda ədəbi məktəblər (1905–1917)” kimi elmi və tədris əsərləri, jurnalistika və tərcüməçilik fəaliyyəti, filmoqrafiyası haqqında da məlumatlar sistemli şəkildə göstərilib.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
