FACT-INFO.AZ » CƏMİYYƏT » Bir şəhidin xatirəsi
28-09-2026, 20:30 | CƏMİYYƏT
Bir şəhidin xatirəsi

Vətən üçün canını qurban verən oğullarımız var olduqca, Vətənimiz də əmin - amanlıqda olacaq. Bu firavanlığı bizə canı bahasına bəxş edən qəhrəmanlarımızdan  biri də Abdullayev Balazadə Rafət oğludur. Balazadə 1991-ci il iyun ayının 22 - də Salyan rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1997-ci ildə həmin kənddə şəhid Salman Cəfərov adına orta məktəbdə oxumuşdur. Sakit təbiətli, savadlı və üzü nurlu biri kimi hər kəsin sevib hörmət bəslədiyi bir oğul idi. O, çox Vətənpərvər idi. Vətənə olan sevgisi onunla birgə doğulmuşdu. Oxuduğu məktəbin qapısından içəri girərkən, açılan şəhid lövhəsi bu sevgini daha da alovlandırırdı. Onun kiçik şair və şagird ürəyində bu sevgi yaşından daha böyük idi. Anası Gülşən xanım bildirir ki, oğlu Balazadə illər imiş ki, Prezidentin verəcəyi əmri gözləyirmiş.

Elə iş yerindən atasına zəng edərək evdən hərbi biletini gətirməsini xahiş edir. Özü də ərazi üzrə hərbi komissarlığa gedərək könüllü şəkildə ərizəsini yazır. Və 27 sentyabrda başlayan İkinci Qarabağ döyüşlərinə qatılır. Balazadə Tovuz döyüşlərində də könüllü iştirak etmiş bir qəhrəman kimi mübarizənin və müharibənin nə demək olduğunu gənc yaşlarında görmüşdü və  anlamışdı. O, strateji yüksəkliklərin alınması və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı qəhrəmanlıqla döyüşürdü. Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində döyüş tapşırığını yerinə yetirən əsgər yoldaşlarına su aparmaq istəyərkən, 18 oktyabr 2020 - ci ildə düşmən gülləsinə tuş gələrək şahidlik zirvəsinə ucalıb.
 Şəhidimiz ona uzun illər dərs deyən müəllimi Rəfael müəllimin xatirəsini sizlərə təqdim edirəm;- "Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Babazadə mənim şagirdim olmuşdu. Uşaqlıqdan çox çılğın vətənpərvər oğlan idi. Mənim oğlum Muradla bir sinifdə oxumuşdu. Hazırlaşıb Ali təhsil aldılar. 44 günlük savaşın ilk günündən könüllü cəbhəyə yola düşdülər. Qismət belə imiş. Mənim oğlum salamat qayıtdı. Babazadə şəhidlik zirvəsinə ucaldı. Məkanı cənnət olsun".
 Dostu Xəqani Əzməmmədov öz xatirələrində bildirir ki, Balazadəni yola salanda gülərüzlə getdi. O səhnə hələ də gözümüzün qarşısındadır. İllərlə biz o səhnəni unuda bilməyəcəyik. Şəklini paylaşıb "gülə - gülə getdiyin kimi də gülə - gülə qayıdarsan" inşallah,  - dedik. Mən inanıram ki, dostum elə gülərüzlə də qayıtdı. Çünki, o, cənnət sakini oldu.
 Bu yazını hazırlamaq mənim üçün çox çətindir əslində. Ona görə çətindir ki, mən Balazadə Abdullayevlə eyni məktəbdə oxumuşam. O, məndən cəmi bir sinif yuxarı oxuyurdu. Oxuduğu illər ərzində çox mədəni, tərbiyəli, savadlı biri olaraq yaddaşımızda qaldı. Ruhu şad, məqamı uca olsun!  
Şəhidlər ölmür, özünün də yazdığı şeirdə dediyi kimi; -
"Vətənin keşiyində mərd dayandınız
Yaddaşlarda silinməyən iz sadınız
Sizlər bizim üçün həmişə varsınız
Ölməyib, ölməyir, ölməyəcəklər" (Abdullayev Balazadə)
Şəhidimiz şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 


Atlaz Rzayi 
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair




Baxış sayı: 240
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30