FACT-INFO.AZ » SİYASƏT » Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir
28-09-2026, 20:30 | SİYASƏT
Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Qafqaz Albaniyasının tarixi-coğrafiyası Azərbaycanın bugünkü hüdudlarından daha geniş ərazini əhatə edib. Bu coğrafiyaya, o cümlədən hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqları da daxil olub. Təəssüf ki, həmin ərazilərdə Alban irsini və maddi-mədəni abidələri tədqiq etmək imkanımız yoxdur. Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olmuş ərazilərində də uzun illər ərzində elmi-tədqiqat və arxeoloji işlərin aparılması mümkün olmayıb. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə araşdırmalar aparmaq, arxeoloji ekspedisiyalar təşkil etmək və yeni elmi nəticələr əldə etmək üçün imkan yaranıb.

F.Əhmədova bildirib ki, bu tədqiqatların genişlənməsi Azərbaycan torpaqlarına iddialar irəli sürən tərəflərin reaksiyasına səbəb olur. Alban məbədləri və abidələri ilə bağlı tarixi faktların siyasi müstəvidə mübahisə predmetinə çevrilməsi də bunun göstəricisidir.

Rusiya imperiyasının Cənubi Qafqazı işğalı dövründə ermənilər bölgəyə kütləvi şəkildə köçürülüb və imperiya bu amildən öz siyasi maraqları çərçivəsində istifadə edib. 1836-cı ildə Alban kilsəsinin Çar Rusiyası tərəfindən ləğv edilməsini də bu tarixi kontekstdə qiymətləndirmək lazımdır.

“Necə ola bilər ki, bölgədə xristian dayağı yaratmaq üçün erməni amilindən istifadə edən bir imperiya sonradan ermənilərin özlərinə aid olduğunu iddia etdikləri kilsəni ləğv etsin?", - deyə tarixçi sual verib.

Tarixçi vurğulayıb ki, 1836-cı ilə qədər Alban kilsəsi rəsmi şəkildə fəaliyyət göstərib. Alban dini kompleksləri və monastırları ilə bağlı tarixi iddiaların elmi əsaslarla araşdırılması vacibdir. Bu baxımdan yazılı mənbələrlə yanaşı, arxeoloji ekspedisiyaların nəticələri də mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varislərindən biridir. Qərbi Azərbaycan ərazisində də Alban maddi-mədəni irsinin nümunələri mövcuddur və onların elmi şəkildə araşdırılması tariximizin daha dolğun öyrənilməsinə imkan verə bilər.

Azərbaycan tarixinin sovet dövründə müəyyən ideoloji və geosiyasi yanaşmalar çərçivəsində yazılması ilə bağlı müzakirələr mövcuddur. Müstəqillik dövründə isə yeni arxiv materiallarının, arxeoloji tapıntıların və işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqatların öyrənilməsi tarixi proseslərin daha geniş mənbə bazası əsasında araşdırılmasına imkan yaradır.




Baxış sayı: 85
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30