FACT-INFO.AZ » CƏMİYYƏT » Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib
28-09-2026, 09:30 | CƏMİYYƏT
Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Çexiyanın paytaxtı Praqada Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlığına həsr olunmuş “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.

Filmin təqdimatı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Land of Fire” cəmiyyətinin təsisçisi və Azərbaycan diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev tərəfindən Anım Günü çərçivəsində təşkil olunub.

“Cinema City – Slovanský dům” kinoteatrında keçirilən tədbirin əvvəlində Fərid Əmirəliyev çıxış edərək, Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətdən danışıb. Həmçinin Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini yad edib və onların göstərdikləri fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Çexiyadakı səfiri Yaşar Əliyev Vətən müharibəsində şəhid olan hərbçilərimizin qəhrəmanlığından və Azərbaycan xalqının tarixi Zəfərindən söz açıb. Səfir şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Tədbirdə Azərbaycanın Əməkdar artisti, “Soy Production”un rəhbəri Dilarə Əliyeva da çıxış edib. O, “Düşmənə qarşı tək” filmi haqqında məlumat verərək layihənin məqsədi, hazırlanma prosesi və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlıq yolunun ekran vasitəsilə tamaşaçılara çatdırılması barədə danışıb.

Dilarə Əliyeva vurğulayıb ki, “Düşmənə qarşı tək” filmi süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanıb. O, müasir texnologiyaların Azərbaycan tarixinin, milli qəhrəmanlarımızın həyat və mübarizəsinin geniş auditoriyaya çatdırılması üçün yaratdığı imkanlardan bəhs edib. Həmçinin filmin müxtəlif şəhərlərdə keçirilmiş təqdimatları barədə məlumat verib.

Filmin ideya müəllifi və AI mütəxəssisi Sarvan Hüseyn, Nəzrin Mərdanlı, filmin redaktoru və ssenaristi Fariz Əliyevdir.

Sonra “Soy Production” tərəfindən hazırlanmış “Düşmənə qarşı tək” filmi nümayiş etdirilib.

Tədbirin ən təsirli məqamlarından biri isə Natiq Qasımovun əmisi oğlu, hazırda Çexiyanın Praqa şəhərində yaşayan Çingiz Qasımovun çıxışı olub. Çingiz Qasımov film barədə təəssüratlarını, eləcə də Natiq Qasımov haqqında ailə yaddaşında qorunan məlumatları tədbir iştirakçıları ilə bölüşüb.




Baxış sayı: 115
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30