27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
Fact-info.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya zamanı Ballıca kəndinin ərazisində simvolik olaraq 44 ağac əkilib.
Ağacəkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də Qarabağda yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş tədbirlərin davamı kimi keçirilib.
Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
