Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə daha 19 avtomobil verilib.
Bu barədə Fact-info.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, avtomobillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub.
Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. Qeyd olunan şəxslərə bu gün təqdim edilən 19 avtomobil də daxil olmaqla postmüharibə dövründə 586, ümumilikdə ötən dövrdə 7700-dən çox avtomobil verilib.
Həmçinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7350-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.
Müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, bu gün yeni avtomobillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
