Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəlif təcrübəyə və baxışlara malik insanları bir araya gətirərək qlobal dialoqun inkişafına mühüm töhfə verir.
Fact-info.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib. O bildirib ki, Mərkəzin təsiri onun müxtəlif təcrübəyə və fərqli baxışlara malik şəxsləri və qurumları ortaq məqsəd ətrafında birləşdirə bilməsindədir.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanın gücləndirilməsinə, müxtəlif məsələlər üzrə yeni ideyaların irəli sürülməsinə və gələcək üçün yeni imkanların açılmasına şərait yaradır. Mən də bu tədbirlərdə mütəmadi iştirak edirəm. Çünki qlobal çağırışları həll etmək istəyiriksə, qlobal dialoqa ehtiyacımız var”, – deyə Şarl Mişel vurğulayıb.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
