FACT-INFO.AZ » SİYASƏT » Nazirlər Kabinetində geniş iclas keçirilib
24-09-2026, 20:30 | SİYASƏT
Nazirlər Kabinetində geniş iclas keçirilib

Sentyabrın 24-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov giriş nitqi ilə çıxış edərək bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilib. Ə.Əsədov daha sonra deyib: “Bugünkü iclasımızın gündəliyində bu layihələri ətraflı müzakirə edəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır.

Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır.

2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir.

Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir.

Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir.

Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır.

Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir.

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir”.

Baş nazir deyib ki, Strategiyanın qəbul edildiyi 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir.

“Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunmuşdur. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2% artıb, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1%, neft-qaz ÜDM-də isə 0,8% azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb. Cari ilin ilk 8 ayında cənab Prezidentin müvafiq Fərman və sərəncamları ilə Hökumət tərəfindən kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılması və büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi aktivliyə dəstək tədbirləri həyata keçirilib.

Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi sentyabrın 1-nə 4,5 mlrd. dollar olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. dollardan çox olub.

2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olub. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır”, - deyə Əli Əsədov bildirib.





Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30