FACT-INFO.AZ » CƏMİYYƏT » “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub
24-09-2026, 19:30 | CƏMİYYƏT
“Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub

Qobustan rayonunda dağın qoynunda, əsrlərin sükutunu qoruyan sirli bir məkan var. Rəvayətə görə, əsrlər əvvəl bu mağaralardan birində inzivaya çəkilən bir şeyxin ölümü belə onunla bağlı sirri sona çatdırmayıb. Deyilənə görə, cəsədi uzun müddət çürüməyib və insanlar onun hələ də diri olduğuna inanıb. Elə buna görə də bu məkan tarixə “Diri Baba” adı ilə düşüb.

Bu gün isə həmin ərazidə yüksələn XV əsrə aid türbə həm sufi ənənələrinin, həm də Şirvanşahlar dövrünün izlərini özündə yaşadır. Bəs, əsrlərdir səyyahların, tarixçilərin və ziyarətçilərin diqqətini çəkən “Diri Baba” türbəsi özündə hansı sirləri saxlayır?

Fact-info.az xəbər verir ki,  bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy ətraflı məlumat verib. Onun sözlərinə görə, türbənin yerləşdiyi ərazi təkcə tarixi-memarlıq abidəsi kimi deyil, həm də sufi ənənəsinin mühüm izlərini qoruyan məkan kimi diqqət çəkir.

“Diri Baba” türbəsi Xəlvətilik sufi ənənəsinin izlərini yaşadır

O bildirib ki, “Diri Baba” türbəsi 1402–1403-cü illərdə Şirvanşah hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib. Türbə iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə namazgah yerləşir. İkinci mərtəbədə isə təbii mağara mövcuddur. Abidə məhz bu təbii mağaranın qarşısında inşa edilib. “Diri Baba” türbəsinin ətrafında bir sıra mağaralar da var. Vaxtilə bu mağaralar sufilərin ibadət etdiyi və inzivaya çəkildiyi məkanlar olub. Ümumiyyətlə, “Diri Baba” ziyarətgahı sufi ənənəsinin Xəlvətilik təriqəti ilə əlaqələndirilir.

“Xəlvətilik təriqətinin formalaşması Şamaxı ərazisində fəaliyyət göstərmiş Pir Ömər Xəlvəti ilə əlaqələndirilir. Daha sonra bu təriqət Seyid Yəhya Şirvani Bakuvi tərəfindən sistemləşdirilib və geniş şəkildə yayılıb. Xəlvətilik Şirvanşahlar dövlətindən Osmanlı imperiyasına, Şimali Afrikaya və Balkanlara qədər yayılmış mühüm sufi təriqətlərindən birinə çevrilib”, - deyə o qeyd edib.

“Diri Baba” ziyarətgahında şeyxin çürüməmiş bədənini kim görüb?

1647-ci ildə məşhur Osmanlı səyyahı Övliya Çələbi də burada olub. O, “Səyahətnamə” əsərində Diri Baba və onun türbəsi haqqında ətraflı məlumat verib. Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub. Belə ki, o, şeyxin çürüməmiş bədənini öz gözləri ilə gördüyünü qeyd edir. Onun yazdığına görə, şeyxin başı mağaranın divarına söykənmiş və üzü qibləyə tərəf çevrilmiş vəziyyətdə olub. Övliya Çələbi bu mənzərənin şeyxə sanki diri insan təsiri bağışladığını vurğulayır. Məhz bu inanc və rəvayət Diri Baba adının yaranması ilə əlaqələndirilir.

“Diri Baba” türbəsi səyyahların və alimlərin marağındadır

“Diri Baba” ziyarətgahı əsrlər boyu müxtəlif səyyahların diqqətini cəlb edib. 1636-cı ildə alman səyyahı Adam Olearius burada olub. O, abidənin təsvirini və qravürünü hazırlayıb, həmçinin Diri Baba haqqında qeydlər aparıb. 1703-cü ildə holland səyyahı Kornelis de Bruyn burada olub və abidəni “Seyid İbrahim türbəsi” kimi qeyd edib. 1861-ci ildə Rusiyanın elmi ekspedisiyası Diri Baba abidəsində araşdırmalar aparıb. Ekspedisiyada akademiklər Dorun və Bartolomey də iştirak ediblər. Akademik Dorun abidənin şəkillərini çəkib. Türbənin iki mərtəbəsi arasında daş kitabə də yerləşirdi. Ekspedisiya zamanı həmin kitabə akademik Dorun tərəfindən aparılıb və sonradan itib. Lakin 1965-ci ildə Azərbaycan tarixçisi və epiqrafika üzrə tədqiqatçı Məşədixanım Nemət Sankt-Peterburqda, Elm-Tarix Muzeyində həmin kitabənin surətinə rast gəlib. Kitabənin oxunuşundan məlum olub ki, abidə Şirvanşah hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402–1403-cü illərdə inşa edilib.




Baxış sayı: 80
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30