İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır.
Fact-info.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Dünyada terrorizmin aparıcı sponsorunun nüvə silahına sahib olması qəbuledilməzdir”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın nüvə imkanlarını məhdudlaşdırmaq istiqamətində səyləri ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrlə yekunlaşmır. O bildirib ki, Tramp bu məsələdə növbəti nəsli düşünür.
Dövlət katibi, həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazının bir hissəsinin kommersiya neft tankerlərinin hərəkəti üçün açıq qalmasını təmin etdiyini diqqətə çatdırıb.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
