Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb.
Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr edilən və sentyabrın 26-dan noyabrın 15-dək həvəskar komandalar arasında baş tutacaq 5-ci ənənəvi minifutbol turnirinə start verilir. Bununla əlaqədar təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma keçirilib.
Əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA Sport, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum” və “Bee Tours”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il xatirə turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub - AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ, AZƏRTAC, APA Sport, BAKU.WS, MEDİA, “Gəncəvi Media”, “Zəfər 44”, “Veteranlar”, “VƏTƏN”, “Ardanış”, “Əmrxeyir” və “Qaraqoyunlu”. Medianı 10 komanda təmsil edir.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov diqqətə çatdırıb ki, turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq.
Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. İştirakçı komandaların rəsmi nümayəndələri və kapitanları İman Məcidov (Baku TV), Zahir Bayramov (AzTv), Fuad İsmayılov (AZƏRTAC), Hacıbala Heydərov (APA Sport), Şahin Həbibov, (BAKU.WS), Elburus Musayev (AnewZ), Azər Hüseynov (Ardanış), İbrahim Əlməmmədov (CBC SPORT), İsrail İsmayılov (Veteranlar), Saməddin Əhmədov (Zəgər 44) çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə qaydalara uyğun keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Baxış sayı: 110
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
