Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucuların kitabxananın elektron resurs və xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə tanıtım videosu hazırlayıb.
MEK-dən Fact-info.az-a bildirilib ki, kitabxananın veb-saytı vasitəsilə kitabların elektron kataloqda axtarılması, sifarişi, elektron kitab, jurnal, dissertasiya və avtoreferatlara çıxış imkanları, o cümlədən süni intellektə əsaslanan səsli axtarış sistemi diqqətə çatdırılır. Həmçinin görmə məhdudiyyətli istifadəçilər üçün audioresurslar, danışan kitablar və audio teatr nümunələrindən ibarət inklüziv xidmətlər, elektron sərgilər və görkəmli şəxsiyyətlərə həsr olunmuş elektron layihələr təqdim olunur. Bununla yanaşı, MEK-in Elektron Kitabxana Şəbəkəsi vasitəsilə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarına, eləcə də dünyanın aparıcı elektron kitabxana və məlumat bazalarına çıxış imkanları nümayiş etdirilir.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
