FACT-INFO.AZ » SİYASƏT » Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu
21-09-2026, 12:00 | SİYASƏT
Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu

“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Azərbaycanın Dövlət Suverenliyi Günü kimi təsis edilib. Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda apardığı əzmkar milli mübarizənin və qazandığı Zəfərin rəmzidir. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gün dövlətimizin ən əlamətdar təqvimlərdən birinə çevrilməkdədir.

Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini quraraq inkişaf etmək, dünya birliyində öz layiqli yerini tutmaq hər xalqa nəsib olmur. Çoxəsrlik tarixində qarşılaşdığı siyasi, iqtisadi, hərbi çətinliklərə, işğallara baxmayaraq, Azərbaycan xalqı müstəqillik, dövlətçilik arzusu və mübarizəsini əsrlər boyu davam etdirib, heç bir qüvvə onun sarsılmaz əzmini sındıra bilməyib.

Ağır tarixi sınaqlardan keçərək öz dövlətçiliyini quran xalqımız ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyəti ələ keçirmiş səriştəsiz və təsadüfi adamların yarıtmaz idarəçiliyi nəticəsində az qala milli istiqlalını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin belə bir taleyüklü çətin şəraitdə Naxçıvandan Bakıya qayıdışı müstəqilliyimizin əbədi dönməzliyi təmin etdi.

Ulu Öndər müstəqilliyimizin möhkəmlənməsi və dövlət suverenliyinin təmin edilməsi üçün bütün həyatını sərf etdi, beynəlxalq hüququn normalarını və BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərini işğal edən Ermənistanın təcavüzkar siyasətinə son qoyulması və ərazi bütövlüyünün təmin olunması üçün yorulmadan çalışdı. Eyni zamanda, güclü dövlət quraraq müasir və mütəşəkkil ordu formalaşdırdı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirərək dünya miqyasında etibarlı tərəfdaşlar qazandırdı. Onun yürütdüyü qətiyyətli xarici siyasət və mükəmməl diplomatiya kursu beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı olaraq dəstəklənməsini təmin etdi.

Heydər Əliyev müharibənin sülh yolu ilə həlli və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün uzun və gərgin danışıqlar aparırdı, bununla yanaşı, sülh ümidlərinin tükəndiyi halda münaqişənin digər vasitələrlə nizamlanması üçün nümunəvi ordu quruculuğunu inkişaf etdirirdi. O, bütün hallarda torpaqlarımızın erməni tapdağından azad olunacağına qəti şəkildə əmin idi. Ulu Öndərin ən böyük inamı yaratdığı güclü Ordu, xalqımızın sarsılmaz milli həmrəyliyi və özü qədər inandığı siyasi varisi olan İlham Əliyevin taleyüklü məsələləri tamamlaya biləcək mükəmməl bir sərkərdə kimi yetişməsi idi.

Prezident İlham Əliyev ali vəzifəsində ən böyük missiyası olan ərazi bütövlüyünün bərpa olunması üçün Ermənistan və havadarları ilə düz 17 il mübarizə apardı və heç vaxt qətiyyətli mövqeyindən geri çəkilmədi.

2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələrin münaqişənin həllində maraqlı olmaması, sülh təkliflərini rədd etməsi və yeni ərazi iddialarına dair bəyanatlar səsləndirməsi, ardında isə hərbi təxribatlar törətməsi Azərbaycanın öz legitim hüququndan istifadə edərək işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələndi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü təmin edən Azərbaycan 30 illik işğal faktını aradan qaldıra bilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdi və ədaləti bərpa etdi.

44 günlük Vətən müharibəsi zamanı siyasi və döyüş meydanında aldığı ağır məğlubiyyətə baxmayaraq, Ermənistan Qarabağın kiçik bir hissəsində hələ də qalan terrorçu rejimə və qeyri-qanuni silahlı birləşmələrə dəstəyini davam etdirir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, hətta yeni təxribatlara əl atır, mütəmadi olaraq atəşkəsi pozur, bölgədə təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.

Belə bir şəraitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri suveren ərazilərində sabitliyi və sülhü təmin etmək məqsədilə 2023-cü il sentyabrın 19-da başlatdığı anti-terror əməliyyatı ilə bütün vəzifələri 23 saat ərzində yüksək peşəkarlıqla yerinə yetirdi və separatizmin kökünü birdəfəlik kəsdi.

Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və suverenliyin, Konstitusiya quruluşu və coğrafi-inzibati vahidliyi tamamlandı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi müstəqillik mübarizəsinin simvolu olaraq müasir tariximizə yazıldı.

Ramid Namazov

Milli Məclisin deputatı




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30