FACT-INFO.AZ » CƏMİYYƏT » Bəzi sözlərin mənşəyi haqqında
21-09-2026, 12:30 | CƏMİYYƏT
Bəzi sözlərin mənşəyi haqqında

 Bir var mürəkkəb, bir var mürəkkəb, bir də var “mürəkkəf”...


Orta məktəbin aşağı siniflərində omonimləri öyrənərkən uşaq ağlıma gəlirdi ki, görəsən, niyə iki sözün birləşməsindən alınan sözlərə də, yazı yazmaq üçün istifadə olunan mayeyə də mürəkkəb deyilir.

Araşdırma zamanı aşkar oldu ki, əslində mürəkkəb sözü xeyli nisbi omonimdir, hətta heç omonim sayılmaya da bilər. Məsələ bundadır ki, ərəb mənşəli və tərkib sözü ilə eyniköklü olan mürəkkəb kəlməsi “birləşdirilmiş, qarışdırılmış, bir neçə komponentdən ibarət olan” mənasını ifadə edir (mürəkkəb söz, mürəkkəbçiçəkli, mürəkkəb maddələr və s. bunun kimi anlayışları xatırlayaq). Qədim dövrdə yazı yazmaq üçün istifadə olunan mayeni əldə etmək üçün bir neçə komponenti: su, qurum (his), müxtəlif bitki şirələri və yapışqanlı maddələri bir-birinə qarışdırırdılar. Elə buna görə də həmin mayeyə mürəkkəb adı verilib. Mürəkkəb sözü ərəbcə rəkəbə sözündən törəyib ki, bu söz də “birləşdirdi, “quraşdırdı” mənasını ifadə edir.


Doğrudur, mürəkkəb yazı yazmaq vasitəsi kimi təxminən 4500 il əvvəl Qədim Misirdə və Qədim Çində (həm də bir-birindən xəbərsiz) hazırlanıb və təbii ki, adı da başqa cür olub. Mürəkkəb, daha doğrusu, əl-mürəkkəb (qarışıq) adını bu vasitəyə xilafətin qurulduğu və elmi-dini mətnlərin köçürülməyə başladığı dövrdə ərəblər veriblər. Sonradan bir çox digər ərəb mənşəli sözlər kimi, bizim dilimizə keçib.

Yekun olaraq belə bir fikir söyləmək olar ki, mürəkkəb sözü bizim dilimizdə həm isim, həm sifət kimi işlənib omonimlik xüsusiyyətinə malik olsa da, mənşəyini araşdırarkən aşkar olur ki, əslində bu sözlər bir-biri ilə çoxmənalı sözlərin bir-biri ilə qohum olduğu qədər yaxın qohumdur.

Sonda maraqlı bir qeyd: şəkililər böyürtkənə “mürəkkəb” ( mürəkkəf) deyirlər. Niyə belə deyirlər, hələlk mənə məlum deyil. Ümid edirik, araşdırıb səbəbini öyrənərik. 


 Dəftərlə difteriyanın nə əlaqəsi var?


“Kitab” və “dəftər” sözlərini və onların ifadə etdiyi mənanı hamımız bilirik. Tələffüz edərkən bu sözlərin ikisi də, necə deyərlər, şərqsayağı səslənir. Doğrudur, hər iki söz bizim dilimizə ərəb dilindən keçib. Amma “kitab” sırf ərəb sözü olsa da, “dəftər” sözü bu dilə fars dilindən, fars dilinə isə qədim yunan dilindən daxil olub. 

  Qədim yunan dilində bu söz difthera formasında olub və ilkin olaraq “hazırlanmış dəri” mənası ifadə edib. Tarixi mənbələrdən məlumdur ki, kağız istehsal olunanadək yazı yazmaq üçün müxtəlif  heyvan dərilərindən istifadə olunurdu (“Avesta” haqqında məlumatı xatırlayaq...). Bundan ötrü həmin dərilər əvvəlcə müxtəlif üsullarla üstündə yazı yazıla biləcək vəziyyətə salınırdı. Alınan dərilər “difthera” adlanırdı. Bu söz dildən-dilə adlayıb bizə çatanadək fonetik dəyişikliyə uğrayıb və indi bizim gündəlik məişətdə çox işlətdiyimiz “dəftər” formasına düşüb.


Təbabət termini olan “difteriya” sözü də dəftər sözü ilə eyni kökdəndir. Difteriya xəstəliyi zamanı xəstənin boğazında və tənəffüs yollarında selikli qişanın üzərini örtən ağ-boz rəngli, bərk, dəriyə bənzər təbəqə — pərdə əmələ gəlir. Həmin bu dəriyəbənzər təbəqəyə görə xəstəliyə difteriya adı verilmişdir.


 Dilçilikdə belə bir fərziyyə də var ki, ingilis dilindəki mənşəcə latın sözü olan, məktub və hərf mənasında işlənən letter sözünun də (latın dilində bu söz littera şəklindədir)  difthera sözü ilə qohumluğu var.


 Dilimizdə həqiqi mənasından başqa, bir sıra məcazi mənalara da malik, çox ümumişlək, hətta çoxumuza doğma olan dəftər sözü ilə bağlı etimoloji qeydlərimiz bu qədər. 

İmarət Cəlilqızı



 




Baxış sayı: 370
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30