FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib
19-09-2026, 10:00 | SİYASƏT
Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 63-cü sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib. Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyi, “Universal İnsan Hüquqları” təşkilatı və Əlcəzair tərəfindən birgə təşkil olunan “Sağ qalmaqdan ötəsi - ləyaqətin bərpası və hüquqların geri qaytarılması” mövzusunda tədbirdə Əlcəzair, Mozambik və Uqandanın daimi nümayəndələri, BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Nümayəndəlikdən bildiriblər ki, Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli tədbirdə çıxış edib. O, Azərbaycanın mina təhlükəsinin ağır nəticələri ilə üzləşən ölkələrdən biri olduğunu bildirib, minaların insanların həyatına, sağlamlığına və fundamental hüquqlarının həyata keçirilməsinə uzunmüddətli təsirlərindən danışıb.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın mina qurbanlarının fundamental hüquqlarının bərpası məqsədilə hələ 2024-cü ildə xüsusi təşəbbüslə çıxış etdiyinə diqqət çəkib və bunun nəticəsində 2025-ci ildə İHŞ-də “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri” adlı qətnamənin qəbul edildiyini bildirib.

Diplomat qeyd edib ki, artıq mina qurbanlarının hüquqlarının tanınmasından onların praktik təminatına keçilməsi istiqamətində yeni qətnamənin qəbuluna ehtiyac var. Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkən natiq mina qurbanlarının ehtiyaclarının qarşılanması istiqamətində praktik mexanizmlər təklif edib. “Mina partlayışından sağ çıxmaq yalnız ilk addımdır. Əsl ədalət sağ qalanların sadəcə mövcud olmaqla kifayətlənməyib firavan yaşamaq üçün lazımi imkanlara malik olmalarını təmin etmək deməkdir”, - deyə E.İskəndərov qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlər Azərbaycanın BMT-nin Minalardan Təmizləmə Fəaliyyətinə Yardım üzrə Könüllü Etimad Fonduna töhfələrin, eləcə də qurbanların tibbi və psixoloji reabilitasiyasına və sosial-iqtisadi reinteqrasiyasına dəstəyin artırılması ilə bağlı təkliflərini dəstəkləyiblər. Çıxışlarda mina çirklənməsi, iqlim dəyişikliyi və insan hüquqları arasındakı qarşılıqlı əlaqəyə də diqqət yetirilib.

Müzakirə iştirakçıları İHŞ-də bu mövzuda hazırlanan yeni qətnamədə qeyd edilən təkliflərin əks olunmasına çağırıblar.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30