ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə sistemləri və sursatlarının mümkün satışını təsdiqləyib.
Bu barədə Dövlət Departamentinin saytında yayılan məlumatda bildirilib.
Məlumata görə, Ukrayna S-300 sistemlərinin raket analoqlarını, GAM-67 raketlərini, uzaqmənzilli lazerlə idarə olunan raket sistemlərini, özüyeriyən və mobil buraxılış qurğularını, pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərini, habelə əlaqəli avadanlıq və texniki xidmətlərin alınmasını istəyib.
Dövlət Departamenti sözügedən vasitələrin əsas hərbi texnika və silah kateqoriyasına aid olmadığını bildirib.
Bəyanatda qeyd olunub ki, mümkün satışın Avropa ölkələri, eləcə də ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Ukraynaya ayrılmış vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə xarici ölkələrə ABŞ istehsalı olan hərbi məhsulların alınması üçün qrant və kreditlər təqdim edən Xarici Hərbi Maliyyələşdirmə mexanizmindən istifadə ediləcək.
Baxış sayı: 150
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
