Hesablama Palatasının nümayəndə heyəti Astanada keçirilən “Gələcəyin dövlət auditi: innovasiyalar, rəqəmsal transformasiya və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Palatadan bildirilib ki, konfransda dövlət auditinin gələcək inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellekt və böyük verilənlərdən istifadənin yaratdığı imkanlar müzakirə olunub.
Tədbir çərçivəsində Hesablama Palatasının dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyəti barədə təqdimatla çıxış edilib. Təqdimatda Azərbaycanda rəqəmsal infrastrukturun formalaşması, rəqəmsallaşmanın 2026–2030-cu illər üzrə strateji perspektivləri və Hesablama Palatasının bu sahədə keçdiyi inkişaf yolu barədə məlumat verilib. Eyni zamanda, Audit Fəaliyyətinin İdarəedilməsi Sistemi (AFİS) və Dövlət Auditi İnformasiya Sisteminin (DAİS) imkanları, hesabat və verilənlərin təqdim edilməsi mexanizmləri, rəqəmsal audit yanaşmaları diqqətə çatdırılıb.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
