FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib
17-09-2026, 20:00 | XƏBƏR / İQTİSADİYYAT
Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında yaşıl enerji dəhlizləri və interkonnektorlar üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Fact-info.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dankan Normanla görüşündə aparılıb.

Görüşdə Azərbaycan - Böyük Britaniya münasibətlərinin inkişafı, enerji tərəfdaşlığının neft-qaz sektorundan təmiz enerji, dekarbonizasiya və elektrik enerjisi bağlantılarına qədər genişlənməsi məmnunluqla qeyd edilib.

Cəbrayılda BP ilə həyata keçirilən günəş enerjisi layihəsi və neft-qaz infrastrukturunun elektrikləşdirilməsi enerji tərəfdaşlığının yeni mərhələsinin mühüm nümunələri kimi dəyərləndirilib.

Görüşdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafı, texniki-iqtisadi əsaslandırmanın nəticələri, layihəyə beynəlxalq maraq barədə məlumat verilib. Layihənin növbəti mərhələləri üzrə ekspert səviyyəsində müzakirələrin davam etdirilməsi və Britaniya şirkətlərinin bu prosesdə iştirak imkanları nəzərdən keçirilib.

Təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində görülən işlər, qarşılıqlı səfərlər və məlumat mübadiləsinin nəticələri müsbət qiymətləndirilib.

Həmçinin Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlıq, müzakirə olunacaq məsələlər və müxtəlif sahələr üzrə imzalanması planlaşdırılan sənədlər barədə fikir mübadiləsi aparılıb. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni layihələrlə daha da genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi razılaşdırılıb.




Baxış sayı: 165
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30