Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda isteriya davam edir. Baş verənlər bir daha onu göstərir ki, erməni xalqı sülhə hazır deyil. Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq, “Real Ermənistan” konsepsiyasını təlqin etmək əvəzinə, özü prosesləri istiqamətləndirir və qəbuledilməz bəyanatlar verir.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
“Ermənistanın Azərbaycanın suveren ərazilərində qədim Azərbaycan xalqına məxsus mədəni irsə iddia etməsi və bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması qəbuledilməzdir.
Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməli, yalançı tarixin girovu olmaqdan xilas olmalıdır. Əgər Ermənistanı həqiqətən mədəni irsin qorunması qayğılandırırsa, onda Azərbaycan xalqına məxsus məscidlərin, tarixi abidələrin və qəbiristanlıqların dağıdılmasına, eləcə də İrəvandakı Göy məscidin işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidi kimi “bərpa edilərək” başqa xalqın adına çıxarılması kimi əməllərə son qoymalıdır”, - deyə bəyanatda vurğulanıb.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
