Sentyabrın 18-də Muzey Mərkəzində “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi çərçivəsində növbəti mühazirə təqdim olunacaq. Mühazirə Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Fact-info.az-a Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, “Səttar Bəhlulzadənin yaradıcılığında şair Füzulinin obrazı” mövzusunda mühazirəni Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova təqdim edəcək.
Mühazirədə Səttar Bəhlulzadənin yaradıcılığında klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin obrazının bədii təcəssümü, rəssamın yaradıcılıq dünyasında Füzuli irsinin yeri və bu mövzunun sənətkarın əsərlərində ifadə xüsusiyyətləri haqqında ətraflı məlumat veriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzi sənətsevərləri, tədqiqatçıları, tələbələri və mövzu ilə maraqlanan hər kəsi mühazirəyə dəvət edir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
