FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
16-09-2026, 21:00 | SİYASƏT
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu, həmin qurumun sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygörlə görüşüb.

Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr barədə məlumat verən sədr Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada və möhkəm dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əzmi, siyasi iradəsi, qətiyyəti və qarşılıqlı səyləri mühüm rol oynayıb. Bu siyasi iradənin nəticəsi olaraq iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən diaspor fəaliyyətini əhatə edən, gündən-günə möhkəmlənən və sarsılmaz xarakter alan münasibətlər formalaşıb.

Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu çərçivədə hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin mövcudluğuna diqqət çəkilib. Həmin evlərdən bir neçəsinin Türkiyədə yerləşməsi və burada yaşayan azərbaycanlıların vahid platforma ətrafında birləşməsinə, milli-mədəni irsimizin qorunub yaşadılmasına, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə töhfələr verdiyi vurğulanıb.

Kürşad Zorlu türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin və ortaq təşəbbüslərin artırılmasının vacibliyindən danışıb. O, müasir texnologiyaların yaratdığı imkanların xaricdə yaşayan soydaşların daha çevik və effektiv şəkildə bir araya gətirilməsi, onların vahid rəqəmsal platformalar üzərindən əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, rəqəmsal imkanlardan məqsədyönlü istifadə diaspor təşkilatları arasında informasiya mübadiləsini sürətləndirməklə yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşların ortaq məqsədlər ətrafında daha sıx əməkdaşlığına şərait yarada bilər. O, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihə və proqramları yüksək qiymətləndirdiyini qeyd edib.

Səmərəli fikir mübadiləsi ilə davam edən görüşdə perspektivə dair təkliflər səslənib, real əməkdaşlıq imkanları nəzərdən keçirilib.




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30