FACT-INFO.AZ » AKTUAL » İslam həmrəyliyi və Türk birliyi Azərbaycan üçün prioritetdir
16-09-2026, 18:30 | AKTUAL
İslam həmrəyliyi və Türk birliyi Azərbaycan üçün prioritetdir

Azərbaycan islam həmrəyliyinə və Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə hər zaman öz töhfəsini verib. Son dönəmlər  regionda və Orta Şərqdə münaqişələrin dərinləşdiyi, uzunmüddətli müharibə riskinin artdığı dövrdə sülhün, sabitliyin  bərqərar olmasının nə qədər zəruri olduğu bəlli olur.

Çünki dağıdıcı xarakter daşıyan müharibələr, münaqişələr heç bir sivil cəmiyyətə, dinc insanlara rahatlıq gətirmir. Məhz belə məqaqmda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən  əhəmiyyətli tezislərlə çıxış edib.

Dövlət başçısının təbirincə, Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən coğrafi və tarixi mərkəzlərdən biridir. Bu baxımdan həm regionda, həm də Orta Şərqdə islam həmrəyliyinə, türk birliyinə Azərbaycanın verəcəyi töhfə realdır və əhəmiyyətlidir.  

Digər tərəfdən Prezident İlham Əliyev regionda sabitliyi qorumaq və sülh təşəbbüslərini gerçəkləşdirmək üçün     Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı baxımından hərbi gücünün artırılmasının vacibliyini vurğulayıb.

 Gerçəkdən sülhü, sabitliyi qorumaq, gələn təhlükələri aradan qaldırmaq üçün hərbi güc faktoru zəruridir. Məhz kifayət qədər həssas və müharibə riski olan bölgə sayılan Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün balanslı diplomatik addımlarla bərabər, hərbi güc mühüm rol oynayır.

Əkrəm Bəydəmirli


 




Baxış sayı: 120
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30