FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdir
9-09-2026, 10:30 | MƏDƏNİYYƏT
Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdir

Mərkəzi Asiyanın perspektivli teatrlarından biri olan Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında son illərdə sıx əməkdaşlıq əlaqələri formalaşıb. İki ölkənin ümumi mədəni köklərinə əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan teatrının Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında “Manqurt” tamaşası ilə iştirakı mühüm hadisələrdən biri olub.

Bunu AZƏRTAC-a açıqlamasında teatrşünas Ramilə Abdullazadə deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan arasında mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişdə teatr sənəti ayrıca əməkdaşlıq sahəsi kimi müəyyənləşdirilib.

“Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında Azərbaycan Dövlət Pantomima Teatrının “Manqurt” tamaşası Qırğızıstan Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən xüsusi mükafata layiq görülüb. Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıya qastrol səfəri çərçivəsində “Qorqud Ata” tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib. Qırğız dramaturqu Kayrat İmanaliyevin əsəri əsasında hazırlanan tamaşa türk xalqları üçün ortaq olan epik-mədəni irsə müraciəti ilə diqqət çəkib. Bu səfər Azərbaycan teatrının Bişkekə qastrolunun davamı olaraq Qırğızıstan teatrının Azərbaycana cavab qastrolu kimi qiymətləndirilə bilər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında Əməkdaşlıq Memorandumunun imzalanması isə iki ölkənin teatrları arasında münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Beləliklə, Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərini qarşılıqlı mədəni maraq, ortaq türk-mədəni irsə müraciət və peşəkar teatr təcrübəsinin mübadiləsi təşkil edir”, – deyə R.Abdullazadə əlavə edib.




Baxış sayı: 85
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930