FACT-INFO.AZ » CƏMİYYƏT » Gürcüstanda Azərbaycanın mədəni irsinə həsr olunan kitab təqdim edilib
9-09-2026, 10:00 | CƏMİYYƏT
Gürcüstanda Azərbaycanın mədəni irsinə həsr olunan kitab təqdim edilib

Sentyabrın 7-də Gürcüstanın Tbilisi şəhərində “Alyans” Gənclər Mərkəzində “Kəlağayı milli sərvətimizdir” adlı kitabın təqdimatı olub.

Tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev-Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilib.

Tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev-Muzeyinin sədri, kitabın müəllifi Güllü Eldar Tomarlı çıxışında vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində

2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Azərbaycanın zəngin mədəni irsində elə simvollar var ki, onlar əsrlər keçsə də, dərin mənasını, mənəvi çəkisini və estetik dəyərini itirmir. Bu nadir dəyərlərdən biri təbii ipəkdən toxunan, zərif naxışlarla bəzədilən və əsrlər boyu Şərq qadınının ləyaqət tərənnümünə çevrilən kəlağayıdır”, - deyə o diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan, rus və gürcü dillərində çap olunan “Kəlağayı milli sərvətimizdir” kitabında kəlağayı Azərbaycan qadını üçün sadəcə baş örtüyü və ya geyim elementi deyil, o, qadın kimliyinin, mənəvi dünyasının, cəmiyyətdəki nüfuzunun və estetik zövqünün aynası kimi təqdim olunub. Kitabda, eyni zamanda, milli kəlağayı sənətinin tarixi zənginliyindən, onun Azərbaycan qadınının ismət, nəzakət və zəriflik rəmzi olmasından geniş bəhs olunub.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri ifa olunub, uşaqlar kəlağayıya həsr edilmiş şerlər söyləyiblər.




Baxış sayı: 85
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30