Ankarada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) arasında diaspor sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Fact-info.az xəbər verir ki, sənəd İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumu çərçivəsində imzalanıb.
Sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və YTB-nin rəhbəri Abdulhadi Turus imzalayıblar.
F.Muradov Azərbaycanın Türkiyə ilə əlaqələrin dərinləşdirilməsinə sadiqliyini vurğulayıb, iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşdirilməsində YTB-nin rolunu yüksək qiymətləndirib.
A.Turus isə Azərbaycanla dostluğun daha da möhkəmləndirilməsi işinə töhfə verməyə hazır olduqlarını bildirib.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
