FACT-INFO.AZ » İQTİSADİYYAT » TRACECA-ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib
8-09-2026, 16:30 | İQTİSADİYYAT
TRACECA-ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib

Bakıda mümkün Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib.

Fact-info.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin (TRACECA HAK DK) qərargahında hibrid formatda, ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və məlumat mübadiləsi sahəsində potensialın gücləndirilməsinə dair "Multimodal rəqəmsal Transxəzər dəhlizinin təşviqi: metodologiya və növbəti addımlar" mövzusunda 22-ci beynəlxalq seminarda baş tutub.

Bildirilib ki, tədbiri BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Azərbaycan hökuməti və inkişaf tərəfdaşları ilə birgə TRACECA HAK DK təşkil edib. Yüksək səviyyəli seminar TRACECA və SPECA regionları ölkələrinin profil qurumlarının rəhbərlərini və aparıcı nümayəndələrini, dəmiryol idarələrini və limanları, beynəlxalq qurumları (Avropa Komissiyası, Dünya Bankı, GIZ, ITC, BMT SEFACT), həmçinin biznes ictimaiyyətini bir araya gətirib.

TRACECA HAK DK-nın baş katibi Jasurbek Çoriyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri İlham Namazov, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç salamlama nitqləri ilə iştirakçılara müraciət ediblər.

Gündəliyin əsas məsələlərindən biri elektron daşıma sənədlərinin tanınması üçün marşrut ölkələrinə vahid hüquqi baza təmin etməyə yönəlmiş TRACECA -nın multimodal məlumat və sənəd mübadiləsi haqqında Sazişinin müzakirəsi olub. Bununla yanaşı, Transxəzər multimodal rəqəmsal dəhlizinin BMT SEFACT standartları əsasında yaradılması üzrə Metodologiya layihəsi, o cümlədən "rəqəmsal dəhliz" anlayışı müzakirə edilib.

Dəmiryol, dəniz, avtomobil və hava nəqliyyatı ilə daşımalarda məlumatların və yük müşayiət sənədlərinin rəqəmsallaşdırılması üzrə pilot layihələrin həyata keçirilməsi statusuna: Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Türkiyə və Ukraynanın dəmiryol idarələrinin iştirakı ilə həyata keçirilən e-CİM/SMGS pilot layihəsinin nəticələrinə, SMGS dəmiryol yük qaiməsinin rəqəmsal transformasiyasına, Xəzəryanı limanlar arasında məlumat mübadiləsinə, regional məlumat toplusunun formalaşdırılmasına, həmçinin multimodal elektron platformalara və eCMR layihələrinə xüsusi diqqət yetirilib.

Tədbirin proqramı üç sessiyanı əhatə edib. Həmin sessiyalar çərçivəsində məruzəçilərin çıxışları və təqdimatları, o cümlədən sual-cavab, fikir və təcrübə mübadiləsi üzrə interaktiv sessiyalar olub. Yekun sessiya TRACECA HAK DK-nın baş katibinin moderatorluğu ilə maraqlı tərəflər arasında dəyirmi masa formatında keçirilib və orada inkişaf tərəfdaşları ilə çoxtərəfli layihələrin əsasları, o cümlədən mümkün TRACECA–ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib.

Seminarın yekunlarına əsasən regionda uyğunlaşdırılmış rəqəmsal həllərin tətbiqinin hüquqi və texniki maneələrinin müəyyən edilməsi və onların birgə aradan qaldırılması üzrə tədbirlərin təklif olunması, həmçinin regionun inkişafı naminə nəqliyyat proseslərinin təkmilləşdirilməsi sahəsində növbəti addımların və əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi nəzərdə tutulur.




Baxış sayı: 90
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30