FACT-INFO.AZ » QHT » "Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir"
8-09-2026, 08:30 | QHT
"Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda sentyabrın 4-də keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir.

Fact-info.az xəbər verir ki, Ombudsman Aparatından verilən məlumatda qeyd edilib ki, Ombudsmanın fikrincə, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır:

"Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir.

Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı "etnik və ya dini təqib" kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur".

Vurğulanıb ki, Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilib:

"Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilib".

Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır:

"Yoxlanılmış faktlara əsaslanmadan "işgəncə", "dini təqib" və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir.

Bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir. Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.

İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər".




Baxış sayı: 85
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30