Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.
FHN-dən verilən müraciətdə bildirilib:
"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
