FACT-INFO.AZ » SİYASƏT » Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi
7-09-2026, 21:00 | SİYASƏT
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

AŞPA-nın Almaniyalı deputatı, sosial- demokratlar blokunun rəhbəri Frank Şvabe Azərbaycan dövlətinə qarşı apardığı kampaniya üçün "koalisiya" yaradaraq irəli sürdüyü əsassız iddiaları "Amnesty İnternational" və "Human rights Watch" kimi saxtakar təşkilatların hesabatları ilə "zənginləşdirməyə" çalışır. Bu təşkilatların isə uzun müddət ərzində, demək olar ki, müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyalarında beynəlxalq erməni diasporunun pullarını gen- bol xərclədiyi çoxdan məlum faktdır.

Son illər vəziyyət bir qədər dəyişib. Erməni işğalına son qoyulub, ermənilərin bu kimi beynəlxalq təşkilatlara 30 il ərzində xərclədiyi milyonlar batıb. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının da mövzusu dəyişib. Uzun illər "cəfakeş ermənilər" üçün ağlayan muzdlu təşkilatlar və siyasətçilər indi Əli Kərimli üçün vay- şüvən salmağa başlayıblar. Əvvəllər Azərbaycan ərazisində qeyri- qanuni şəkildə xarici qüvvələrin dəstəyi ilə yaradılmış qondarma işğalçı xuntanı "blokadada" saxladığına görə Azərbaycana fasiləsiz hücumlar təşkil edənlər bu gün Əli Kərimlinin həbsindən və təcridxanadakı "saxlanma şəraitindən" narahatdırlar və ona görə də beynəlxalq qeyri- hökümət platformalarını da bu kampaniyaya səfərbər edirlər. Vəziyyətin maraqlı tərəfi isə ondan ibarətdir ki, Frank Şvabe və onunla əməkdaşlıq edən beynəlxalq təşkilatların azadlığa buraxılmasını tələb etdikləri şəxslərin sırasında Əli Kərimli tək deyil. Bu sırada Azərbaycan məhkəməsi tərəfindən haqqında uzunmüddətli və ömürlük həbs cəzası təyin olunmuş erməni cinayətkarları da var. Uzun illər ərzində insanlığa qarşı cinayət və çoxsaylı müharibə cinayətləri törətmiş erməniləri dəstəkləyən Frank Şvabe, Robert Menendes, Frank Pallone, Nensi Pelosi, Baronessa Koks, Frank Engel kimi bir sıra avropalı və amerikalı siyasətçilərin indi də qondarma təşkilatlarla əlbir olaraq Əli Kərimlinin və onun macəraçı məsləkdaşlarının "müdafiəsinə" qalxması bir sıra qənaətlərə yol açır. Belə görünür ki, həm erməni işğalçıları və həm də Əli Kərimli və onun dəstəsi eyni mərkəzin Azərbaycana qarşı təzyiq üçün kimi istifadə etdiyi alətlərdir. Alətlərdən biri işləməyəndə digəri işə salınır. Bu konfiqurasiyada hamı öz yerini qanuna və məntiqə uyğun şəkildə tapmış olur. Elə Azərbaycan hüquq- mühafizə orqanları da Əli Kərimlini və digərlərini məhz xarici qüvbələrə alət olduqları üçün həbs ediblər. Şvabe və onunla " koalisiyaya" girən siyasətçilər və təşkilatlar isə öz əlaltılarını düşdükləri vəziyyətdən çıxarmaq üçün göstərdikləri cəhdləri ilə Azərbaycandakı təsir alətlərini özləri bir daha ifşa etmiş olurlar. Amma unudurlar ki, reallıqlar dəyişob. Əgər Azərbaycan dövlətinin və dövlətçiliyinin ən ağır sınaq illərində təzyiq və təhdid siyasəti ilə heç nəyə nail ola bilmədilərsə, bu gün belə cəhdlərin heç bir faydası ola bilməz. Azərbaycan dövlətinə təzyiq göstərmək yox, onunla ədalətli, bərabərhüquqlu və beynəlxalq qanunlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq etmək daha səmərəli siyasət olardı.


Cavanşir Feyziyev
Milli Məclisin deputatı



Baxış sayı: 300
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30