FACT-INFO.AZ » SİYASƏT » BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib
7-09-2026, 10:00 | SİYASƏT
BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş “The Black Garden” sənədli filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb.

Fərid Şəfiyev məktubunda “The Guardian” qəzetində dərc olunmuş rəydə Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib. O, sözügedən rəyə Azərbaycanın ərazilərinin işğalı, azərbaycanlı əhalinin öz doğma yurdlarından məcburi köçürülməsi, habelə BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair müvafiq qətnamələri ilə bağlı mühüm tarixi və siyasi kontekstin nəzərə alınmadığını vurğulayıb.

Erməni rejissor tərəfindən çəkilmiş The Black Garden” sənədli filminə dair “The Guardian”qəzetində dərc olunmuş rəy keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin açıq-aşkar qərəzli rakursdan təqdim edilməsi ilə diqqəti cəlb edir və bu baxımdan, filmin özü müzakirə çərçivəsindən əhəmiyyətli dərəcədə kənarda qalır. Cəmi bir neçə cümlə ilə rəydə dərin birtərəfli siyasi narrativ təkrarlanır və nəticədə əraziləri Ermənistan tərəfindən təxminən üç onillik ərzində işğal altında saxlanılmış, beynəlxalq səviyyədə tanınmış dövlət olan Azərbaycan faktiki olaraq təcavüzkar tərəf kimi təqdim edilir. Bununla yanaşı, Ermənistan tərəfi isə demək olar ki, yalnız qurban prizmasından təqdim olunur.

Bunun ən bariz nümunəsi Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Qarabağ bölgəsinin “əsasən ermənilərdən ibarət əhalisinin” “Azərbaycan ordusunun saysız-hesabsız hərbi əməliyyatlarına qarşı mübarizə apardığı” barədə fikirdir. Bu ifadə münaqişənin tarixini kökündən təhrif edir. Belə təqdimat Azərbaycanın sülh şəraitində yaşayan erməni əhaliyə qarşı təcavüzkar siyasət apardığı təəssüratı yaradır. Halbuki burada əsas məqam ondan ibarətdir ki, Ermənistanın Silahlı Qüvvələri Qarabağ bölgəsinin yerli erməni əhalisindən öz təcavüz və işğal planlarının həyata keçirilməsində istifadə etmiş, Azərbaycanın Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonunu işğal etmiş, 1990-cı illərin əvvəllərində isə işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirmişdir.

Bu, sadəcə olaraq, tarixə fərqli yanaşma məsələsi deyil. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilmişdir. Təxminən 3 onillik ərzində 700 minədək azərbaycanlı Qarabağ və ətraf rayonlarda öz evlərindən zorla didərgin salınmış və onların geri qayıtmaq hüququ təmin edilməmişdir. Bu zorakı etnik təmizləmə siyasətinin tərkib hissəsi olaraq minlərlə dinc sakin amansızcasına öldürülmüş, işgəncələrə məruz qoyulmuş və girov götürülmüşdür.

İşğal yalnız Azərbaycanın əhalisinin öz doğma yurdlarından qovulması ilə müşayiət olunmamış, eyni zamanda, bütöv şəhər və kəndlərin sistemli şəkildə dağıdılması və talan edilməsi ilə nəticələnmişdir. Ağdam kimi iri şəhərlər demək olar ki, tamamilə dağıdılmış və şəhər “Qafqazın Xirosiması” adlandırılmışdır.

Lakin bütün bunlara baxmayaraq, azərbaycanlıların yaşadığı bu təcrübə “The Guardian” qəzetində öz əksini tapmır. Əvəzində oxucuya elə bir mənzərə təqdim olunur ki, guya erməni dinc sakinləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının qurbanlarıdır, bu ərazilərdən qovulmuş azərbaycanlı əhali isə faktiki olaraq həmin hadisələrin təsvirindən kənarda qalır.

Eyni problem Talış kəndi ilə bağlı hissədə də özünü göstərir. Rəy “bombalanaraq dağıdılmış məktəb” şəkli ilə başlayır və bu görüntü dərhal Azərbaycan ordusunun hərbi hücumları şəraitində böyüyən erməni uşaqlarının hekayəsi ilə əlaqələndirir. Halbuki Talış kəndi təmas xəttində yerləşirdi və burada dəfələrlə hərbi toqquşmalar baş verirdi. Kənddəki dağıntıları bu hərbi və siyasi konteksti izah etmədən təqdim etmək oxucuda həmin dağıntıya görə Azərbaycanın məsuliyyət daşıdığı təəssüratını yaradır. Halbuki konkret dağıntının kim tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir məlumat verilmir.

“The Guardian” qəzetinin hadisələrə selektiv yanaşması keçmiş münaqişə ilə bağlı ənənəvi erməni narrativinin qorunub saxlanılmasına və Azərbaycanın müstəsna olaraq təcavüzkar tərəf kimi təqdim edilməsinə yönəlmiş daha geniş siyasi və informasiya kampaniyası kontekstində nəzərdən keçirilməlidir. Film Qarabağın itirilməsi və regionun qanuni sahibləri tərəfindən azad edilməsini heç vaxt barışıqla qəbul etməyən dairələrin təşəbbüsü və sponsorluğu ilə hazırlanmışdır.

Bu kampaniya nüfuzlu erməni diaspor təşkilatları və lobbi şəbəkələri, habelə Samvel Karapetyan və Ruben Vardanyan kimi oliqarxlarla əlaqəli siyasi və ictimai müdafiə dairələri tərəfindən dəstəklənir və daha geniş auditoriyaya çatdırılır. Onların kampaniyaları yalnız tarixi təhrifləri müdafiə etməklə məhdudlaşmır. Bu fəaliyyətlərin əsas siyasi məqsədlərindən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı çıxmaq və Qarabağ məsələsini siyasi səfərbərlik vasitəsi kimi daim gündəmdə saxlamaqdır.

Bu, xüsusilə Ermənistan hökumətinin hazırda köklü şəkildə fərqli siyasət kursu yürütməkdə olduğu bir vaxtda daha ciddi narahatlıq doğurur. Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasını siyasi gündəliyinin əsas prioriteti edib. Samvel Karapetyanın rəhbərlik etdiyi Rusiyayönlü siyasi qüvvələr 2026-cı ildə Paşinyanın əsas siyasi rəqibi kimi meydana çıxıb. Onun rəhbərlik etdiyi “Güclü Ermənistan” hərəkatı Paşinyanın sülhə yönəlmiş və Qərb meyilli siyasi gündəliyinin əsas elementlərinə qarşı çıxır.

Məhz belə məqamda keçmiş münaqişəni Ermənistan tərəfindən formalaşdırılmış ikili qarşıdurma (ermənilərin qurbanlar, azərbaycanlıların isə təcavüzkar kimi təqdim edilməsi) kontekstində təkrarlayan narrativlər siyasi baxımdan neytral deyil. Bu cür yanaşmalar münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələri gücləndirir, Paşinyanın sülh siyasətinin xəyanət kimi təqdim olunmasını möhkəmləndirir və kompromisə nail olmağı çətinləşdirir.

“The Guardian” qəzetinin öz rəyçisi də etiraf edir ki, “The Black Garden” filmi “daha ətraflı sosial-siyasi kontekstlə zənginləşdirilə bilərdi”. Məhz problem də bundadır. Azərbaycan ərazilərinin işğalını, həmin ərazilərin əhalisinin öz doğma yurdlarından didərgin salınmasını və işğalçı qüvvələrin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini izah etmədən ermənilərin Azərbaycan ordusunun hərbi əməliyyatlarına “qarşı” mübarizə apardığını təqdim etmək balanslı xəbər təqdimatı deyil”.




Baxış sayı: 105
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031