Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.
Fact-info.az xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.
Artıq 5-ci dəfədir təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.
Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramları izləyəcəklər. Tədbirin əyləncə proqramı yaxın günlərdə açıqlanacaq.
Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək olar.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
