FACT-INFO.AZ » İQTİSADİYYAT » Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir
4-09-2026, 20:30 | İQTİSADİYYAT
Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında artan rolu, Orta Dəhlizin perspektivləri, eləcə də Azərbaycan-Qazaxıstan tərəfdaşlığının Avrasiyanın nəqliyyat və enerji bağlantısı üçün əhəmiyyəti barədə AZƏRTAC-a müsahibəsində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktor müavini Güldanə Okasova danışıb.

- Qazaxıstanda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı artan rolu necə qiymətləndirilir və Bakı bu gün ŞƏT üçün tərəfdaş kimi nə dərəcədə əhəmiyyətlidir?

- Qazaxıstanda Azərbaycanın ŞƏT-dəki rolu, ilk növbədə, iqtisadi və nəqliyyat gündəliyində artan rol kimi qiymətləndirilir.

Azərbaycan 2016-cı ildən ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Bununla belə, onun təşkilat üçün praktiki əhəmiyyəti formal statusundan xeyli genişdir, belə ki, Bakı enerji, nəqliyyat və regional əlaqələndirmə məsələlərinin müzakirəsində iştirak edir. 2026-cı ilin iyununda Azərbaycan nümayəndəsi ŞƏT-in energetika nazirlərinin görüşündə iştirak edib. Həmin görüşdə enerji bağlantısı və Mərkəzi Asiya – Azərbaycan – yaşıl enerji dəhlizi layihəsi ayrıca müzakirə olunub.

Qazaxıstan üçün Azərbaycanın əhəmiyyəti, ilk növbədə, Xəzər və Orta Dəhlizlə bağlıdır. 2026-cı il avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin nəqliyyat-logistika əməkdaşlığını və Orta Dəhlizin inkişafını müzakirə etməsi xüsusilə diqqətçəkəndir.

- Prezident İlham Əliyevin siyasəti Azərbaycanın Avrasiya məkanındakı mövqelərinin möhkəmlənməsində və ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrinin inkişafında hansı rolu oynayıb?

- Prezident İlham Əliyevin siyasəti Azərbaycanın aparıcı Avrasiya formatlarında çoxvektorlu iştirakını təmin edib. Bu siyasətin praktiki nəticəsi Çinin, Mərkəzi Asiya ölkələrinin, Türkiyənin və Avropa dövlətlərinin iştirakı ilə münasibətlərin eyni vaxtda inkişaf etdirilməsi, eləcə də regional təşkilat və formatlarda fəal iştirakdır. ŞƏT-ə münasibətdə Bakının prioritetləri aydındır: nəqliyyat, energetika, ticarət və tranzit. 2026-cı ilin iyununda ŞƏT-in energetika nazirlərinin görüşündə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi təqdim edib.

Prezident Əliyevin 2026-cı il sentyabrın 1-də Bişkekdə “ŞƏT+” formatında iştirakı da göstərir ki, Bakı təşkilatla qarşılıqlı əlaqələri xarici iqtisadi və xarici siyasət strategiyasının müstəqil istiqaməti kimi nəzərdən keçirir.

- Xəzər və Orta Dəhliz vasitəsilə Qazaxıstan-Azərbaycan əlaqəsi ŞƏT məkanı ilə Avropa arasında əsas nəqliyyat marşrutlarından birinə çevrilə bilərmi?

- Bu məsələ buraxılış qabiliyyətindən, yüklərin emal sürətindən, tariflərin uzlaşdırılmasından və prosedurların rəqəmsallaşdırılmasından asılıdır. Marşrutun coğrafi konfiqurasiyası aydındır: Çin – Mərkəzi Asiya – Qazaxıstan – Xəzər – Azərbaycan – Cənubi Qafqaz – Türkiyə – Avropa.

Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev Bişkekdə keçirilən son görüşdə Orta Dəhlizin gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər. Qazaxıstan Prezidenti ŞƏT sammitində 2035-ci ilədək ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəsi strategiyasının hazırlanmasını təklif edib. Qazaxıstanın təklifləri arasında “Bir kəmər, bir yol” təşəbbüsünün, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və digər Avrasiya nəqliyyat istiqamətlərinin uzlaşdırılması, həmçinin ŞƏT-in vahid tranzit rəqəmsal platformasının yaradılması da var. Bu, prinsipial əhəmiyyət daşıyır.

ŞƏT-in nəqliyyat strategiyası həyata keçirilərsə, Orta Dəhliz yalnız ayrı-ayrı dövlətlər üçün deyil, həm də ŞƏT-in daha geniş nəqliyyat bağlantı sistemi üçün əhəmiyyət kəsb edəcək.

- Bu gün Azərbaycanın ŞƏT ilə qarşılıqlı əlaqələri hansı sahələrdə daha fəal inkişaf edir və onun təşkilatın layihələrində praktiki iştirakının genişləndirilməsi üçün hansı imkanlar mövcuddur?

- Azərbaycanın ŞƏT-lə artıq üç istiqamətdə praktiki təmas nöqtələri var: nəqliyyat və tranzit, energetika, eləcə də iqtisadi-ticari əməkdaşlıq. Bundan əlavə, Bakı Çin, Mərkəzi Asiya və Türkiyə ilə inkişaf etmiş əlaqələrə malikdir. Ən real ssenari Azərbaycanın ŞƏT layihələrinə praktiki cəlb olunmasının tədricən artırılmasıdır. Bununla belə, daha dərin iştirak üçün iqtisadi əsaslar artıq formalaşıb.

- Azərbaycan yaxın illərdə ŞƏT-in Avrasiya strategiyasında hansı yeri tuta bilər - ilk növbədə, nəqliyyat-logistika və enerji tərəfdaşı kimi, yoxsa Mərkəzi Asiya, Çin, Türkiyə və Avropa arasında daha geniş əlaqələndirici halqa kimi?

- Mən onu nəqliyyat-enerji və geoiqtisadi əlaqələndirici qovşaq kimi müəyyən edərdim. Azərbaycanın rolu artıq yalnız nəqliyyat funksiyası ilə məhdudlaşmır. Bakı energetika sahəsində Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əlaqələrin formalaşmasında iştirak edir. Azərbaycan, həmçinin yaşıl enerji və interkonnektor layihələrini inkişaf etdirir.

Lakin ən mühüm dəyişiklik nəqliyyatla bağlıdır. Sentyabrın 1-də Qazaxıstan 2035-ci ilədək ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəsi strategiyasının hazırlanmasını təklif edib.

Bu strukturda Azərbaycan obyektiv olaraq mühüm mövqe tutur, belə ki, Xəzəri Cənubi Qafqaz, Türkiyə və Avropa istiqaməti ilə birləşdirir. Buna görə də mən Azərbaycanın yalnız ŞƏT tərəfdaşı kimi rolundan deyil, ŞƏT-in Avrasiya sisteminin xarici nəqliyyat-enerji qovşağı kimi rolundan danışardım. Bu, Qazaxıstan üçün xüsusilə vacibdir: Qazaxıstan Transxəzər marşrutunun şərq hissəsini təmin edir, Azərbaycan isə Qafqaz üzərindən onun qərb istiqamətində davamını təşkil edir.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30