FACT-INFO.AZ » XƏBƏR » Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
4-09-2026, 20:00 | XƏBƏR
Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Zirə Mədəniyyət Mərkəzi Eko Parkda I və II Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki, şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Zirə Cümə Məscidinin axundu Hacı Qədir Nəcəfzadə çıxış edərək Bakının Zirə qəsəbəsində doğulan, böyüyüb boya başa çatan Füzuli Cavadovun keçdiyi şərəfli ömür yolundan danışıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında şəhid Füzuli Cavadovun Azərbaycan Ordusunun möhkəmləndirilməsində xidmətləri olan peşəkar zabitlərdən biri olduğunu bildirib.

Elşən Salahov Azərbaycanın müstəqilliyinin və dövlətçilik ənənələrinin gücləndirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayıb.  O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və fədakarlıq xalqımızın tarixi Zəfərinin əsas amillərindən olub.

Milli Məclisin 14 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə deputatı Günay Əfəndiyeva çıxışında Füzuli Cavadovun xatirəsinin Azərbaycan dövlətinin və xalqının yaddaşında hər zaman yaşayacağını bildirib.

Günay Əfəndiyeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qüdrətli rəhbərliyi nəticəsində ölkəmiz bu gün öz gücü, ordusu, dövlətçiliyi və milli birliyi ilə dünyada öz sözünü deyən bir dövlətdir.

Deputat Şəhidlərimizin, qazilərimizin fədakarlığının, hərbçilərimizin və ümumiyyətlə, bütün dövlət qulluqçularımızın sədaqətli xidmətinin dövlətimizin gücünün əsas dayaqlarından olduğunu geyd edib.

Tədbirdə Füzuli Cavadovun hərbi xidmət yoldaşı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki Vüsal Bağırov çıxış edərək Şəhid Füzuli Cavadovla bağlı xatirələrini bölüşüb.

Ailəsi adından çıxış edən Şəhid polkovnikin qızı Nərmin Ağayeva atasının xatirəsinin ehtiramla yad edilməsinə və ailəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, atasının həyatının və Vətənə xidmət yolunun ailəsi üçün daim qürur mənbəyi olduğunu qeyd edib.

Tədbirdə Füzuli Cavadovun ədəbiyyata və poeziyaya bağlılığı,  Zirə qəsəbəsində keçirilən ədəbi məclislərin təşkilində aktiv iştirakı vurğulanıb.

Tədbirin bədii hissəsində böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin qəzəlləri və Şəhid Füzuli Cavadovun nəvələri tərəfindən şeirlər səsləndirib. Muğam Televiziya Müsabiqəsinin qalibi Vüqar Əbilovun ifasında, tarzən Şahin Babayev və kamança ustası Fərrux Haşımlının müşayiəti ilə muğam nümunələri təqdim edilib.

2021-ci il noyabrın 30-da Qaraheybət hərbi təlim poliqonunda baş vermiş helikopter qəzası nəticəsində şəhid olan polkovnik Füzuli Cavadova həsr olunan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbçilər, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30