ABŞ və Almaniya Ukraynaya hərbi dəstək məqsədilə Münxen yaxınlığında 5000-dən çox uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıb.
DPA agentliyi xəbər verir ki, “Auterion” və “Airlogix” şirkətlərinin birgə layihəsi çərçivəsində ilk kamikadze döyüş dronları artıq istehsal olunub. Almaniya hökumətinin sifarişinin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır. İddiaya görə, müqavilənin dəyəri təxminən 300 milyon avrodur. Dronlar Almaniyanın Ukraynaya yardımının bir hissəsi olaraq təchiz edilir.
Fevral ayında qurulan birgə müəssisə sonrakı sifarişləri və uzunmüddətli əməkdaşlığı gözləyir. PUA Almaniyanın şərqindəki başqa bir müəssisədə də istehsal olunacaq. İki fərqli model - ortamənzilli və uzaqmənzilli (1500 kilometrə qədər) döyüş dronları hazırlanır. “Auterion” PUA-ların proqram təminatı və əməliyyat sisteminə, “Airlogix” isə aparat təminatına cavabdehdir.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
