FACT-INFO.AZ » CƏMİYYƏT » Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır
3-09-2026, 19:30 | CƏMİYYƏT
Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu təşəbbüsü müsbət qarşılaması və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin səhiyyə işçilərinə və bütövlükdə səhiyyə sisteminin inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümunəsidir.

Bu sözləriYAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, yeni əməkhaqqı qaydalarının 2026-cı il sentyabrın 1-dən tətbiq olunması və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə etməsi olduqca mühüm göstəricidir: “İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılır. Bu, dövlətin tibb işçilərinin sosial rifahının yüksəldilməsinə və səhiyyə sistemində yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəltdiyi əlavə maliyyə təminatının miqyasını göstərir.

Burada mühüm məqamlardan biri də əməkhaqqı artımlarının vahid yanaşma əsasında deyil, diferensial şəkildə həyata keçirilməsidir. Vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı kimi amillərin nəzərə alınması daha ədalətli və səmərəli əməkhaqqı mexanizminin formalaşdırılmasına imkan verəcək. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə olunan dar ixtisaslar üzrə çalışan həkimlər üçün nəzərdə tutulan əhəmiyyətli artımlar diqqətəlayiqdir”.

"Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiq olunması da mühüm yenilikdir. Həmin mexanizmlər bir tərəfdən həkimlərin regionlarda fəaliyyətə cəlb edilməsinə, digər tərəfdən isə əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılmasına xidmət edəcək. Əslində bu qərar son illərdə səhiyyə və sosial siyasət sahəsində həyata keçirilən ardıcıl islahatların məntiqi davamıdır. Bu baxımdan, yeni əməkhaqqı islahatını yalnız maaş artımı kimi qiymətləndirmək düzgün olmazdı. Burada daha geniş və strateji məqsədlər dayanır. Əsas hədəf tibb işçilərinin sosial rifahını gücləndirmək, həkimlik və digər tibb peşələrinin cəlbediciliyini artırmaq, regionlarda kadr təminatını yaxşılaşdırmaq, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və nəticə etibarilə pasiyent məmnuniyyətini artırmaqdır. Səhiyyə sistemində insan kapitalının gücləndirilməsi ölkənin ümumi inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki müasir və keyfiyyətli səhiyyə sistemi, ilk növbədə, peşəkar, motivasiyalı və layiqli sosial təminata malik tibb işçilərinin üzərində qurulur. Dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən biri insanların rifahının yüksəldilməsi, əmək hüquqlarının və sosial təminatının gücləndirilməsidir. Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı bu qərar da məhz həmin siyasətin mühüm tərkib hissəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin bu təşəbbüsə verdiyi dəstək bir daha göstərir ki, Azərbaycanda səhiyyə sahəsində çalışan insanların əməyinə, onların sosial rifahına və peşəkar potensialının inkişafına xüsusi diqqət yetirilir. Əminliklə demək olar ki, həyata keçirilən bu islahat həm tibb işçiləri üçün daha yaxşı əmək və sosial imkanlar yaradacaq, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da yüksəlməsinə mühüm töhfə verəcək", - deyə deputat bildirib.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30