Yaxın vaxtlarda Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Rusiya ilə aparılan müharibənin başa çatdırılması ilə bağlı sülh səylərinə yeni təkan verəcəklər.
Fact-info.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərlə söhbəti zamanı deyib. Nazirin sözlərinə görə, sülh səylərində və müharibənin başa çatdırılmasında diplomatiya getdikcə daha fəal rol oynamalıdır.
Sibiqa, həmçinin vurğulayıb ki, ABŞ tərəfinin iştirakı olmadan buna nail olmaq real deyil – geosiyasi reallıqlar belədir.
Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin bu yaxınlarda ABŞ-nin danışıqlar qrupunun üzvləri ilə söhbət etdiyini təsdiqləyib: “ABŞ tərəfi ilə müntəzəm əlaqə saxlanılır – bu dialoq dayandırılmayıb. Ukraynada nə tətil olub, nə də fasilə – biz torpağımız və ədalətli sülh uğrunda mübarizə aparırıq. İndi isə hesab edirəm ki, dünyanın bir çox paytaxtında siyasi-diplomatik mərhələnin fəal şəkildə bərpa olunması ilə sülh səylərində yeni dinamika müşahidə edəcəyik. Buna görə də xəbərləri izləyin”, – deyə Sibiqa bildirib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
