FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Ölümcül Miras” sənədli filminin təqdimatı olub
3-09-2026, 09:30 | MƏDƏNİYYƏT
“Ölümcül Miras” sənədli filminin təqdimatı olub

ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə “Beach House Pictures” şirkəti tərəfindən çəkilən “Ölümcül Miras” (“Deadly Legacy”) sənədli filminin qapalı təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Film Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını və təhlükənin fəsadlarını faktlarla işıqlandırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Saksesful Strateciz” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru, filmin baş prodüseri Faiq Bağırov və rejissoru Alison Jayne Vilson film və onun əsas mövzusu olan mina problemi ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, “Ölümcül Miras” filmi mina probleminin yalnız texniki və humanitar aspektlərini deyil, həm də onun qlobal miqyasda yaratdığı uzunmüddətli fəsadları diqqətə çatdırır. Filmdə münaqişələr başa çatdıqdan onilliklər sonra belə, minalarla çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsinin ölkələr və icmalar qarşısında mühüm çağırış olaraq qaldığı vurğulanır.

Qeyd olunub ki, sənədli film vasitəsilə mina təhlükəsinin qurbanlarının həyat hekayələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin miqyası barədə məlumatlılığın artırılması və humanitar minatəmizləmənin qlobal gündəmdə daha geniş yer almasına töhfə verilməsi qarşıya məqsəd qoyulub.

Çıxışlarda, həmçinin Azərbaycanın mina probleminin aradan qaldırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və bu sahədə qabaqcıl təcrübələrin bölüşdürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Təqdimat çərçivəsində qonaqlara Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilmiş “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabı hədiyyə olunub.

Xatırladaq ki, bir müddət əvvəl çap olunmuş bu kitab Azərbaycan həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınıb. Münaqişə dövründən bugünkü bərpa prosesinə qədər olan dövrü əhatə edən 500 səhifəlik bu nəşr analitik yanaşması, zəngin fotoşəkilləri və interaktiv rəqəmsal materialları ilə Qarabağın dirçəliş hekayəsini canlandıran dəyərli bir salnamədir.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30